İnsanabənzər robot danışmağı, düşünməyi və əmrləri yerinə yetirməyi öyrəndi - VİDEO

UBTech, insanabənzər robotuna təbii nitq və real vaxtda düşünmə imkanları vermək üçün Baidu ilə tərəfdaşlıq imzaladı. UBTech şirkəti Baidu-nun ERNIE Bot multimodal süni intellekt platformasını özünün yeni sənaye insanabənzər robotu Walker S-ə uğurla inteqrasiya edib. Robot səsli əmrləri yerinə yetirir, öz hərəkətlərini şərh edir, suallara cavab verir və hətta məsləhətlər verir.

QHT.az xəbər verir ki, UBTech 2012-ci ildə Şençjendə yaradılıb və iki il sonra uşaq oyuncağı ölçüsündə ilk insanabənzər robotunu təqdim edib. 2016-cı ildə bu robotlardan bir neçə yüz nəfəri birlikdə addımlarla rəqs etməyi öyrənib, 2017-ci ildə isə Ginnesin Rekordlar Kitabına mindən çox robotun ritmik elektron musiqiyə vəhdətdə hərəkət edən rəqsi qeydə alınıb.

Keçən ilin sonunda yenidən dizayn edilmiş Walker S şirkətin IPO-nu qeyd etmək üçün şirkət rəhbərləri ilə birlikdə Honq Konqda səhnəyə çıxdı. İndi robot ünsiyyət, məntiq və koordinasiya bacarıqlarını nümayiş etdirir.

 

Pərvanə Fərhadqızı