Şair, yazıçı Salman Məmmədoğlu ilə oxucuların görüşü - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə Lənkəran Mərkəzləşdirilmiş kitabxana sisteminin həyata keçirtdiyi "Mədəniyyətimiz uğurlara doğru" layihəsi çərçivəsində mərkəzi kitabxananın oxu zalında AYB və AJB üzvü, şair, yazıçı Salman Məmmədoğlu ilə oxucuların görüşü keçirilib.

QHT.az xəbər verir ki, görüşdə bölgə yazarları, ziyalılar, mədəniyyət işçiləri, səbəbkarın iş yoldaşları, həmkəndliləri, ailə üzvləri və qohumları iştirak etdilər. Tədbirdə çıxış edənlər Salman Məmmədoğlunun çoxşaxəli yaradıcılığı barədə düşüncələrini bölüşdülər, şairin şeirlərini söylədilər. Tədbirdə ifa olunan musiqi nömrələri də iştirakçılar tərəfindən maraqla qarşılandı.