“Milli Kimlik” İdeoloji Hazırlıq Proqramı çərçivəsində deputatla görüş olub - FOTOLAR

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramı çərçivəsində növbəti görüş olub.

QHT.az xəbər verir ki, bu dəfə könüllülərlə Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Gənclər və İdman komitəsinin üzvü, deputat Vüqar İskəndərov görüşüb. “Azərbaycançılıq və milli maraqlar” mövzusuna həsr olunan görüşdə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edib.