“Qondarma erməni soyqırımı: İddialar və gerçəklər” adlı konfrans keçiriləcək

24-25 aprel tarixlərində UNEC-də “Qondarma erməni soyqırımı: İddialar və gerçəklər” adlı konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, konfransda ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırım və qırğınlar, Türkiyə Respublikasına qarşı tək və böyük soyqırım layihəsi, ermənilərin soyqırımı və qırğınlarının insan hüquqları baxımından qiymətləndirilməsi, ABŞ-ın erməni lobbisinin Türkiyə-Amerika münasibətlərinə təsiri və digər mövzularda çıxışlar olacaq.