Nazirlikdə qanvermə aksiyası keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 28 May - Müstəqillik Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib. Aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.

 

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.

 

Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.