Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2024-cü ilin birinci yarımili üzrə fəaliyyətini dəyərləndirdi

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib.

QHT.az xəbər verir verir ki, cari ilin 2 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırdı.