“Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi davam edir - FOTOLAR
ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi davam edir.
QHT.az xəbər verir ki, ADA Universitetinin Qazax Mərkəzində təşkil olunan düşərgədə iştirakçılara iqlim dəyişikliyi, ekologiya və digər mövzuda yeni biliklər verən təlimlər keçilir, təbiətin mühafizəsi, tullantılardan effektiv istifadə yolları öyrədilir.
Əlavə olaraq məktəblilər düzgün peşə seçimi, psixoloji dəstək, fərdi inkişaf təlimləri və intellektual oyunlarda iştirak ediblər.
Qeyd edək ki, düşərgənin əsas məqsədi məktəblilərin yay tətilinin səmərəli təşkili, onlara əlavə bilik və bacarıqlar qazandırılması, eyni zamanda yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı həssas yanaşmanın təşviq edilməsidir. İyulun 12-də başa çatacaq düşərgədə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan şəhid və qazi övladları iştirak edir.