Bu gün qəhrəman şəhidimiz Kənan Yusibovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Kənan Yusibov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!