Səməd Vəkilov: Bütün yenilikləri QHT.az saytlnda öyrənməyə alışmışıq

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov: 

QHT.AZ saytının 9 yaşı tamam olur. Müasir Azərbaycanın informasiya məkanında sahəvi sayt olaraq öz dəsti xətti olan saytın fəaliyyətinə uğurlar arzu edirəm.

QHT.az saytının  vətəndaş cəmiyyəti institunun inkişafında mühüm xidmətləri  danılmazdır.   Əlbəttdəki saytın uğuru onun  rəhbəri Cəsarət Hüseynzadənin peşəkar jurnalist və vətəndaş cəmiyyəti təsisatlarının işini dərindən bilməsi ilə bağlıdır.

VCİ-na dair bütün yenilikləri bu saytdan öyrənməyə alışmışıq. Bu birinciliyi həmişə qorumağınızı arzu edirəm. Uğurlarınız və fəaliyyətiniz davamlı olsun! Yubileyiniz mübarək olsun!