Rektor I Milli Rəqabət Forumundan danışıb - FOTO
"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən I Milli Rəqabət Forumunda iştirak etdik. "Rəqabət siyasətinin iqtisadiyyata təsiri" mövzusunda panel müzakirələrdə rəqabət siyasətinin Azərbaycan kimi ölkələrdə özəllikləri haqqında çıxış etdim".
QHT.az xəbər bu sözləri UNEC rektoru Ədalət Muradov bildirib. Onun sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin son zamanlar gördüyü işlər, sahibkarlarla açıq və səmimi müzakirələr ölkəmizdə biznesin inkişafına ciddi töhfədir: "Xidmət rəisi hörmətli Məmməd Abbasbəyliyə və onun komandasına uğurlu I Milli Rəqabət Forumunu təşkil etdiyi üçün təşəkkür edir və işlərində uğurlar arzu edirəm".