QHT sədri dünyasını dəyişib

Vətəndaş cəmiyyətinin fəallarından biri, Bilik və Maarifçiliyin İnkişafı ictimai birliyinin sədri, VCF Milli Platformanın üzvü, MQF-nin 20 ildən çox Gəncə üzrə nümayəndəsi-koordinatoru, ictimai lider Camal Məmmədov iyulun 11-i dünyasını dəyişib.

QHT.az xəbər verir ki, vətəndaş cəmiyyətinin inkişafı sahəsində QHT sədrinin əvəzsiz və təmənnasız xidmətləri var. O, öz fəaliyyəti ilə cəmiyyətin inkişafına böyük töhfələr verib.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Camal Məmmədovun vəfatı ilə bağlı yaxınlarına dərin hüznlə başsağlığı verir.

Ruhu şad, məkanı cənnət olsun, Allah rəhmət eləsin.