WhatsApp-a yeni funksiya əlavə edilib

WhatsApp tərtibatçıları messencerin beta versiyasına AI Studio-da Meta süni intellekt əsasında fərdiləşdirilmiş söhbət botları yaratmaq imkanı əlavə ediblər.

QHT.az xəbər verir ki, yenilik WhatsApp-ın Android üçün 2.24.15.10 nömrəsi ilə beta versiyasında müşahidə edilib. Testçilər AI Studio-nu və istənilən konkret tapşırıq üçün müxtəlif fərdiləşdirilmiş chatbotları sınaya bilərlər.

Messengerin AI Studio bölməsində adi süni intellekt köməkçisi, eləcə də MMA mütəxəssisi Lui, rəqs həvəskarı Koko və başqaları kimi nəyisə öyrətmək üçün ixtisaslaşmışlar var. Bu bölmədə istifadəçilər Meta və digər istifadəçilər tərəfindən yaradılmış AI-ni sınaqdan keçirə bilərlər. Göründüyü kimi, “WhatsApp” istifadəçilərə öz chatbotlarını inkişaf etdirməyə və onlara girişi başqaları ilə paylaşmağa imkan verəcək.

İndiyə qədər söhbət robotları olan AI Studio bölməsi yalnız Android üçün WhatsApp-ın bəzi beta testçiləri üçün əlçatandır. Yeniliyin digər platformalardakı bütün messencer istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik açıqlanmayıb.

 

Pərvanə Fərhadqızı