Yeri alt-üst etdilər! Bura səhraya çevriləcəkmi?

İllərdir quraqlıq məngənəsində olan Konya hövzəsində yeraltı və yerüstü su ehtiyatları tükənmək üzrədir. Şüursuz əkin nümunələri və suvarma üsulları ucbatından səhralaşma riski altında olan kənd təsərrüfatı torpaqlarına milyardlarla kubmetr suyun necə veriləcəyi maraq doğurur.

QHT.az xəbər verir ki, Türkiyənin taxıl anbarı sayılan Konya hövzəsi illərlə yanlış əkinçilik üsulları, yabanı suvarma və iqlim dəyişikliyi səbəbiylə quraqlıq səbəbindən “səhralaşma təhlükəsi” altındadır.

Türkiyənin istifadəyə yararlı yerüstü su ehtiyatlarının 2 faizi və yeraltı su ehtiyatlarının 17 faizi Konya Qapalı Hövzəsində yerləşsə də, ölkə daxilində istifadə edilən yeraltı suların 40 faizi “Konya Qapalı Hövzəsi”ndən alınır. Bu vəziyyət krater formalı çuxur probleminə səbəb olur. İş o yerə çatıb ki, hövzədə əmələ gələn çuxurların sayı 2500-ü ötdüyü halda, bütün xəbərdarlıqlara baxmayaraq, qrunt sularının şimal və mərkəzi hissələrdən 250-300 metrədək çəkilişi davam edir. Konya düzənliyində vəhşi su istehlakı və tullantılarının həcmi Konya Ovası Layihəsi Fəaliyyət Planında (KOP) 2021-2023 məlumatlarında əks olunub.

 

Pərvanə Fərhadqızı