BDU-da Qida Məhsullarının Ekspertizası və Marketinqi üzrə Yeni Magistratura ixtisası açılır
Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq.
QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasında 2024/2025-ci tədris ilindən etibarən ölkədə qida mühəndisliyi üzrə ixtisasli kadrların hazırlanması məqsədilə magistratura pilləsində yeni “Qida məhsullarının ekspertizası və marketinqi” ixtisaslaşması açılacaq. İxtisaslaşmada “Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi”, “Bioloji xammal və qida məhsullarının ekspertizası”, “Qida məhsullarının analizinin müasir problemləri” və s. kimi fənlər üzrə tədris prosesi təşkil ediləcək.