Reabilitasiya xidmətlərindən faydalanmaq istəyən vətəndaşların rahatlığının təmini üçün daha bir neçə yeniliyin tətbiqinə başlanıldı
Artıq e-sosial.az platformasından reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür.
Vətəndaşlar e-sosial.az ➡️ e-Xidmətlər ➡️ Yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.
Eyni zamanda reabilitasiya müəssisəsinə rezervasiya formalaşdırıldıqda vətəndaşa bu barədə SMS-bildiriş göndərilməsinə başlanılıb. Bildirişdə tarix, müəssisənin ünvanı və əlaqə nömrəsi, lazımi sənədlərin siyahısı və s. barədə məlumatlar təqdim olunur.
Qeyd edək ki, əlilliyi olan şəxslər reabilitasiya müəssisələrində bərpa müalicə kursundan yararlanmaq üçün TSEK və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.