Gənclər arasında “Karabakh – Go GreenTech” hakatonu keçiriləcək
Qarabağın Dirçəlişi Naminə İctimai Birliyinin (Karabakh İs Azerbaijan platforması) təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Qarabağ və Şərqi Zəngəzurda sərmayə imkanları” layihəsi çərçivəsində gənclər arasında “Karabakh Tech” hakatonu keçiriləcək.
QHT.az xəbər verir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında keçiriləcək hakatonun əsas məqsədi gənclərin biznes ekosistemi üzrə ideyalarının reallaşdırılması istiqamətində texnoloji transfer prosesinə dəstək olmaqdır.
İlkin seçim mərhələsini başa vurmuş iştirakçılar əvvəlcə yaşıl texnologiyalar üzrə bir aylıq inkişaf proqramına cəlb olunacaqlar. İnkişaf proqramını uğurla başa vurmuş gənclər hakatonda iştirak hüququ qazanacaqlar. Hakatonun 3 mövzuda – “AgroTech”, “EnergyTech” və “GreenTech” istiqamətləri üzrə təşkili nəzərdə tutulur. Sonda münsiflər heyəti tərəfindən seçilmiş 3 komanda müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.