Pakistanda musson yağışları 24 nəfərin ölümünə səbəb olub

Pakistanda musson yağışlarının səbəb olduğu seldə 11 nəfər həyatını itirib. Ölkədə 9 nəfər ildırım vurması, 4 nəfər isə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

QHT.az xəbər verir ki, Pakistana təsir edən musson yağışları sel və şimşək çaxmasına səbəb olub. Bir çox şəhərlərdə leysan yağışları daşqınlara səbəb olarkən, Hayber Paxtunxva əyalətinin Kohat şəhərində su basmış evdə eyni ailədən olan 11 nəfər həlak olub. Naqarparkar şəhəri və Sind əyalətinin Çaxro şəhərlərində ildırım vurması nəticəsində 9 nəfər, Pəncab əyalətinin Ravalpindi şəhərində 3 nəfər, Azad Kəşmirdə isə elektrik cərəyanı vurması nəticəsində 1 nəfər ölüb.

Çaçxroda da 50-dən çox heyvan tələf olub. Sind, Pəncab, Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərində yağan yağışların səbəb olduğu daşqınlar evlərə, mağazalara və infrastruktura ziyan vurub. Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) Kəraçi şəhərində daşqın ehtimalı barədə xəbərdarlıq edərək, müxtəlif bölgələrdə 200 millimetrdən çox yağıntının ola biləcəyini proqnozlaşdırıb. NDMA həmçinin əyalət fəlakət idarə orqanlarını və digər əlaqədar qurumları yarana biləcək vəziyyətlərə hazır olmağa çağırıb.

Pakistan Meteorologiya İdarəsi Kəşmir, Malakand, Hazara və Qucranwala bölgələrində güclü yağış yağacağını proqnozlaşdırıb.

 

Pərvanə Fərhadqızı