QHT növbəti tədbirini Binəqədi rayonunda keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində növbəti tədbirini  Binəqədi rayonunda keçirib. 

QHT.az xəbər verir ki, tədbiri açan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə Binəqədi rayon xəstəxanasının baş həkimi Məlahət İbrahimovaya o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

QHT sədri layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, ana südü körpənin böyüməsi və inkişafı üçün əhəmiyyətli bir qidadır: "Ana südü yeni doğulmuş körpənin əsas qidası və sağlamlığına təsir göstərən əsas faktorlardandır. Belə maarifləndirici layihələri həyata keçirmək təkcə vətəndaş cəmiyyəti institutlarının deyil, hər bir tibb müəssisənin vəzifəsi olmalıdır. Söhbət ana və körpələrin gələcək sağlamlığının qorunmasından gedirsə, bu prosesə bütünlüklə cəmiyyət cəlb olunmalıdlr". 

Tədbirdə iştirak edən Binəqədi rayonu 11 saylı Uşaq Poliklinikasının baş həkimi Məlahət İbrahimova, şöbə müdiri Şahnaz Rzayeva, pediatr Nuridə Quliyeva mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd ediblər ki, ana südü təbiətin bəxş etdiyi möcüzəvi məhsuldur. Hər ananın südü məhz öz uşağı üçün nəzərdə tutulub və tərkibi uşağın yaşından, günün vaxtından, hava şəraitindən, uşağın sağlamlıq vəziyyətindən  asılı olaraq dəyişir. Sonra nütəxəssislər mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıblar. 

Sonda layihənin tərəfdaşı olan “Bella” və “SENİ” Brendinin layihə rəhbəri Fəridə Fərziyeva tərəfindən analara hədiyyələr təqdim edilib.