Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: Təqsirləndirilən şəxs və şahid dindirmə zamanı nəyi deməməlidir

Moderator.az bu gündən etibarən "Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti" rubrikası ilə cəmiyyəti maraqlandıran və daha çox rastlaşdığımız məsələlərlə bağlı mütəmadi olaraq oxucuların görüşünə gələcək. Budəfəki mövzu belədir: "Təqsirləndirilən şəxs və şahid dindirmə zamanı nəyi deməməlidir"
 
İstintaq tədbirləri çərçivəsində vətəndaş əsasən  iki əsas statusdan birində - şahid və ya təqsirləndirilən şəxs qismində dindirilə bilər. Əlbəttə ki zərərçəkmiş kimi də dindirilə bilərsniz. Amma dindirmədə ən çox çətinlik çəkən şahidlər və təqsirləndirilən şəxslərdir.
 
Təəssüf ki, birincinin hüququ ikincidən daha azdır. Əgər təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən ittihamdan   müdafiə olunmaq hüququ varsa və dövlət onu  pulsuz vəkillə təmin edirsə, şahid belə bir imkana malik deyil.Şahidin də ona hüquqi yardım göstərən nümayəndə-vəkili ola bilər,lakin o vəkilin xərcini özü ödəməlidir.
Yadda saxlayın ki,vəkilsiz dindirməyə getmək son dərəcə risklidir.
 
Gəlin  dindirmə zamanı nəyi danışa bilərik,nəyi danışa bilmərik sualını cavablandıraq.
 
Bunu bilmək vacibdir: dindirməni  müstəntiqin  yoxlama məqsədilə  apara biləcəyi sorğu və ya söhbətdən fərqləndirin. Dindirmə yalnız başlanmış cinayət işi çərçivəsində aparılır.
 
Dindirmə zamanı nəyi demək olmaz?
 
Əgər təqsirləndirilən  şəxssinizsə, dövlət hesabına vəkillə razılaşmayın. Onun sizin müdafiənizdə deyil, işin tez bir zamanda başa çatmasında maraqlı olacağı riski var. Əlbəttə,dövlət hesabına keyfiyyətli  hüquqi yardım göstərən çox peşəkar vəkillərimiz var.Amma bu işin riski yenə də böyükdür.İndi  isə müstəntiqlə danışmamalı olduğunuz əsas mövzulara toxunaq.
 
İfadə verməkdən imtina
 
Təqsirləndirilənlər və şahidlər tez-tez Azərbaycan Respublikası Konstitutsiyasının   66-cı maddəsindən istifadə etməyə çalışırlar ki, vətəndaş özünə, həyat yoldaşına və yaxın qohumlarına qarşı ifadə verməyə borclu deyil. Ancaq bunu çatar-çatmaz  bəyan etməyə dəyməz. Əgər siz şahid kimi çağırılırsınızsa, o zaman ifadə verməkdən imtina edə bilməzsiniz.İfadə verməkdən imtina etməyin. 66-cı maddədən yalnız fərdi suallara cavab verərkən və yalnız zəruri hallarda istifadə edin.
 
Lazımsız sözlər
 
Hər şeyi ətraflı izah edərək söyləməyin - bu, manevr üçün yer qoymayacaq. Gələcəkdə nəyisə dəyişdirmək və ya ifadəyə əlavə etmək olduqca çətin olacaq - müstəntiq əvvəllər hər şeyi ətraflı dediyiniz ifadənizə istinad edəcək.
 
Həmçinin müstəntiqə əlavə məlumat verməyin. Yalnız sizə verilən suallara və mümkün qədər qısa cavab verin. Müstəntiqlər çox vaxt etimad  mühiti yaratmağa çalışırlar, xüsusən də sizi şahid kimi dindirəndə. Buna qapılmayın və sizdən soruşulmayan heç nə deməyin. Unutmayın ki, şahid statusu istənilən vaxt şübhəli ,təqsirləndirilən şəxs ststusuna çevrilə bilər. Heç bir halda “danışıq” aparmağa çalışmayın. Müstəntiqlər tez-tez sanki sizinlə razılaşırlar,  lakin nəticədə vətəndaş  cinayət məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilir.
 
Vacibdir: 
 
Müstəntiqə  nəyisə xatırlamadığınızı söyləməyin. Deyin ki, hazırda işin müəyyən hallarını xatırlamaqda çətinlik çəkirsiniz. Əks təqdirdə, ifadənizə əlavə edə bilməyəcəksiniz - müstəntiq ziddiyyətli ifadə verdiyinizdə israr edəcək,  axı  əvvəllər bu halı xatırlamadığınızı söyləmisiniz.

Moderator.az