QHT “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin icrasına başlayıb
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, 01/08/2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, yeniyetmə qız və oğlanların maarifləndirilməsi istiqamətində icra olunacaq “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar" layihəsinin Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li., C.Cabbarlı adına 187 № li, 255 № li, Nardaran qəsəbəsi 130 № li və Bilgəh qəsəbəsi T.İsgəndərov adına 142 № li tam orta məktəblərdə 7-9 - cu sinif şagirdləri arasında icrası planlaşdırılır. Hər bir təhsil ocağından 20 nəfər şagird olmaqla, cəmi 100 nəfər məktəblinin könüllülük prinsipi əsasında, məktəbin müdiriyyəti və onların valideynləri ilə razılaşdırılaraq, asudə vaxtlarında layihəyə cəlb olunması gözlənilir.
Layihənin məqsədi qız və oğlanların intellektual inkişafında zehni oyunların roluna önəm verərək bu məşğuliyyətin, şagird kontingenti arasında, daha geniş yaylması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir. Layihə çərçivəsində 5 təhsil ocağında hər bir layihə iştirakçısının Sertifikat, xatirə hədiyyələri ilə rəğbətlənməsi, layihədə təmsil olunan məktəblərə Vımpellərin və Diplomların təqdim olunması KİV-də,3 media orqanında və məktəblərin saytında layihənin icrası barədə, məlumatlar, foto-video materialların yerləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası Avqust - Oktyabr aylarını əhatə edir. Məktəblərdə layihənin aktiv fazası Sentyabr – Oktyabr aylarına planlaşdırılır.