“Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium təşkil edilib - FOTOLAR

Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium təşkil edib.

QHT.az xəbər verir ki, bu tədbir insan, heyvan və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsini vurğulayaraq, Vahid Sağlamlıq yanaşmasının əhəmiyyətini müzakirə etmək üçün yerli və beynəlxalq tərəfdaşları bir araya gətirib.

Tədbirdə iqlim dəyişikliyi və onun sağlamlığa təsirlərini aradan qaldırmaq üçün davamlı strategiyaların işlənib hazırlanması, qərar verici şəxslər, ekspertlər və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsi və inteqrasiya olunmuş sağlamlıq və ətraf mühit siyasətlərinin əhəmiyyətinin artması ilə bağlı məqamlar müzakirə edilib.