Çini vuran Qaemi qasırğası 30 nəfərin ölümünə səbəb olub

Çinin Hunan əyalətində təsirli olan Qaemi qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 30 nəfər həyatını itirib, 35 nəfər isə itkin düşüb.

QHT.az xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Qaemi qasırğası Çinin mərkəzindəki Hunan əyalətini vurub. Yerli hakimiyyət tayfunun səbəb olduğu güclü yağışlar nəticəsində Zışinq şəhərində 30 nəfərin öldüyünü, 35 nəfərin itkin düşdüyünü bildirib.

Səlahiyyətlilər, qasırğadan ən çox zərər görən Zışinq şəhərində elektrik və rabitənin normala döndüyünü açıqlayıb və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb. Çinin şərqindəki Fucian bölgəsində "Qaemi" qasırğası səbəbindən 156 min 800 nəfər təxliyə edilib.

Qaemi qasırğasının yaratdığı güclü yağış nəticəsində ölkədə baş verən sürüşmədə 11 nəfər həyatını itirib.

 

Pərvanə Fərhadqızı