Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni üzvləri ilə görüşüb - FOTOLAR

1 avqust 2024-cü il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb.

QHT.az xəbər verir ki. görüşdə B. Muradova Məclisin uğurlu və perspektivli layihə olduğunu vurğulayıb, səfirlərin istedad və bacarıqlarını yüksək qiymətləndirib. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Məclisin 4 illik fəaliyyətini yüksək dəyərləndirib və səfirlərə uğurlar arzulayıb. Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Məclisin regional və məktəb nümayəndəlikləri ilə işinin əhəmiyyətini qeyd edib. Yeni seçilmiş üzvlər özləri haqqında məlumat verərək, bu missiyanı şərəfli və məsuliyyətli adlandırıblar.

Görüşün sonunda fəaliyyəti başa vuran səfirlərə təşəkkürnamələr təqdim edilib və xatirə fotosu çəkilib.