“Özünüməşğulluq proqramından yararlanmaq qaydası” mövzusunda təlim keçirilib - FOTOLAR

01 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi çərçivəsində Laçın obalarında “Özünüməşğulluq proqramından yararlanmaq qaydası” mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimin məqsədi Postmüharibə dövründə Şəhid və veteran ailələrində məşğulluq və faydalılıq işini aşağı salan gərginliyi əmək terapiyası ilə azaltmaqla onların məşğulluğuna dəstək olmaqdır. Təlim zamanı müharibənin psixoloji sarsıntılarından əziyyət çəkən 10 iştirakçının cəmiyyətə inteqrasiyası sahəsində psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verilmiş və özünüməşğulluq bacarıqları necə inkişaf etdirilməsi barədə məlumatlar verilib. Onlara “Özünüməşğulliq proqrmı”nın imkanlarından istifadə üçün  müraciətlərin hazırlanmasında da texniki dəstək göstərilib.