Ana südünün əhəmiyyəti bu dəfə Nəsimi rayonunda təbliğ edilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində növbəti tədbirini Nəsimi rayonu, 12 saylı poliklinikada keçirib.
QHT.az xəbər verir ki, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva layihə mövzusu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, körpələrin, eləcə də anaların özlərinin gələcək sağlamlıqları körpələrə ana südünün verilməsindən asılıdır.
Tədbirdə iştirak edən 12 saylı Uşaq poliklinikasının Baş həkimi Fəridə Şamilova, şöbə müdiri Sevinc Məmmədova, pediatr Saibə Hüseynova mövzunun aktuallığı və vacibliyini vurğulamaqla yanaşı ana südünün körpələr üçün sağlam və əvəzolunmaz qida olduğunu qeyd ediblər. Onlar öz fikirlərində analara körpələrini yalnız ana südü ilə qidalanmağa məsləhət görüblər. Qeyd ediblər ki, heç bir halda ən qiymətli belə süni qida ana südünü əvəz edə bilməz.
QHT sədri K. Quliyeva sonda belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə adıçəkilən poliklinikanın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda layihənin tərəfdaşı olan “Bella” və “Seni” brendinin layihə rəhbəri Fəridə Feyziyeva tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.