“Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri keçirildi - FOTOLAR
İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri DTSER Agentliyinin tabeliyində Şirvan şəhər Əlillərin Reabiltasiya Mərkəzində həyata keçirildi.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə Naftalan şəhəri, Yevlax rayonu, Xaçmaz rayonu və Şirvan şəhərini əhatə etməklə 3 ay müddətində icra edilir. Layihənin məqsədi bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.
Layihənin eksperti Rəşad Həsənov əlilliyi olan şəxslərin Dövlər Məşğulluq Agentliyinin həyata kecirdiyi aktiv məşğuluqdan və Özünəməşğulluq proqramlarından necə yarallana biləcəkləri barədə geniş məlumat verdi.
Tədbir çərçivəsində Abilimpiya hərəkatı və Paralimpiya idman növləri, Dost Yaradıcılıq və İnkluziv Mərkəzlərdən,peşə-reabilitasiya mərkəzlərindən yararlanması haqqında da ətraflı məlumat verildi və bu kimi mərkəzlərə necə müraciyyət olunacaqı barədə,əliliyi olan şəxslərə aydın formada izah olundu, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.
Tədbirdə, Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Cavidan Hüseyinov, DTSER Agentliyinin Şirvan Şəhər Reabiltasiyya mərkəzinin məsul əməkdaşı Orxan Qulubəyli, ƏƏSMN-nin tabeliyində DMA-nin Şirvan-Salyan RMF idarəsinin Xaçmaz rayon xidmət şövbəsinin böyük mütəxəssisi Oktay Mustafayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan KOB DOSTU Rəhman Nəcəfov çıxış edərək bildirdilər ki, bu kimi layihələr aktualdır və belə tədbirlərin bölgələrdə yaşayan əlilliyi olan şəxslərin maarifləndirilməsi üçün keçirilməsi çox vacib və əhəmiyətlidir.
Tədbirdə əliliyi olan şəxslərin fərdi olaraq problemləri dinlənildi və aydiyatı dövlət qurumlarının numayəndələri tərəfindən məsələlərin qanun çərçivəsində həll olunacaqlarını qeyd edildi.
Tədbirin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.