“Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi  “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində sonuncu - "Ana südünün əhəmiyyətinin mediada aktuallığının qorunması" mövzusunda tədbirini  "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında keçirib. 

QHT.az xəbər verir ki, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə həyata keçirdiyi layihə haqqında qısa məlumat verib. Qeyd edib ki, layihə Bakının şəhərinin Sabunçu, Nizami, Binəqədi, Yasamal, Nəsimi və Suraxanı rayonlarının xəstəxana və poliklinikalarında keçirilib. Layihə çərçivəsində mövzu ilə bağlı nəzərdə tutulan ginekoloq, pediatr, psixoloqun rəy, tövsiyə və məsləhətləri üzərində hazırlanan 3 maarifləndirici yazı müxtəlif yerli KİV-də ictimailəşib. İmmunoloq və psixoloqun iştirakçılığı ilə “SƏS” internet televiziyasında veriliş yayımlanıb. 

Daha sonra QHT rəhbərləri Jalə Cəfərova, Billur Məmmədova, Ramil Əliyev, Bəsdi Bağırova jurnalistlərdən Əli İbrahimov, Cavid Şahverdiyev, Elnurə Abışova, tərəfdaşlardan Nailə Mirzəzadə, Dilşad Musa və başqaları mövzunun aktuallığı və əhəmiyyətindən bəhs ediblər. 

Rəy, təklif, irad və nöqsanlar da dinlənilib. Problemin çıxış yolları müzakirə edilib. Sonda QHT sədri maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirlərin təşkilinə görə Bakı Baş Səhiyyə Mərkəzinin və  adıçəkilən rayon tibb müəssisələrinin rəhbərlərimə təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, layihənin tərəfdaşı olan “ZƏHRA XATUN” MMC-nin rəhbəri Leyla Həsənovaya, “Sağlam Ailə” Tibb Mərkəzinin nümayəndəsi Nailə Mirzəzadəyə, “Bella” və “SENİ”  brendinin layihə rəhbəri Fəridə Fərziyevaya Təşəkkürnamələr təqdim edilib.