Belarusiyalı təlimçi - mediator Mediasiya Şurasında olub - FOTOLAR

Beynəlxalq dərəcəli mediator (IMI), "Mediasiya və Danışıqlar" Mərkəzinin təlimçi və eksperti, Belarus Respublikası Ədliyyə Nazirliyi yanında İctimai Məsləhət Şurasının üzvü, hüquqşünas - vəkil Qamzunova Yekaterina Nikolayevna ölkəmizə edilən qarşılıqlı səfər nəticəsində Mediasiya Şurası və Bakı 8 saylı Mediasiya Təşkilatında qonaq olub.

QHT.az xəbər verir ki, görüşdə iştirak edən Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd qonağa bu ilin aprel ayında azərbaycanlı mediatorlardan ibarət 12 nəfərlik heyətin Belarus Respublikasına səfəri, orada keçirilən məzmunlu görüşlər və əldə edilən təcrübə barədə məlumat verib.

Daha sonra qonağa ölkəmizdə mediasiya sahəsindəki fərqlər, inteqrasiya, mediasiya sahəsində görülən mütərəqqi işlər və perspektivlər, habelə Bakı 8 saylı mediasiya təşkilatının iş prinsipi barədə ətraflı məlumat verilib, tərəflər arasında konstruktiv fikir mübadiləsi aparılıb.