BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfəri baş tutub - FOTOLAR

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq etdiyi Göylər kənd Ailə Sağlamlıq Mərkəzinə ziyarətdə patronaj xidmətlərinə cəlb olunan pediatrlar, tibb bacıları və mamaçalarla görüş keçirilib, onlarla birgə evə ziyarətlər təşkil olunub.

QHT.az xəbər verir ki, Mərkəz ziyarətində BMT-nin ölkə nümayəndəliyi ilə yanaşı İnkişaf Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Gvi-Yeop Son və TƏBİB-in ilkin səhiyyə departamentinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Universal Proqressiv Evə Ziyarət modelinin tətbiqi, Körpə Dostu Klinikası təşəbbüsü, eləcə də İmmunizasiya proqramlarının gücləndirilməsi istiqamətində tibb işçilərinin bilik və bacarıqlarının artırılmasına dəstək göstərilir.