Layihə Qərbi Azərbaycanlı soydaşlarımızın məskulaşdığı ucqar kənddə davam etdirilib - FOTOLAR

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza  qayıdış  imkanlarının  təbliği” layihəsinin icrasını şabran rayonun Kilvar kəndində davam etdirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı layihə rəhbəri Gülsənəm Əmrahova bildirib. Onun sözlərinə görə, 31 İyul 2024-cü il tarixdə Şabran rayonu, Kilvar kəndinin ərazisində ötən əsrin 80-ci illərinin sonlarında ermənilər tərəfindən əzəli Qərbi Azərbaycandan deportasiya olunaraq 30 ildən artıq bir müddətdə məskunlaşmış Mənsurov Məhər Dursun oğlunun, Ağayev Rəvail Həmzə oğlunun,  Mustafayeva Ülkər Novruz qızının, Həsənov Volodya Həsən oğlunun, Ələkbərov Nəriman İsa oğlunun və Məmmədova  Xalidə Məmməd qızının yaşadığı ünvanlarda  ailələri ilə  görüşlər keçirilib.

Görüş iştirakçıları layihənin həyata keçirilməsini məmnunluq hissi ilə qarşılamış, torpaq, yurd həsrətinin bitəcəyi günü səbirsizliklə gözlədiklərini qeyd diblər. Bu yolda  həyata keçirilən tədbirləri Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm iradəsi və qətiyyəti sayəsində mümkün olacağına böyük ümidlər bəslədiklərini bildiriblər.

İşirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və ictimai birliyə razılıqlarını ifadə ediblər. Görüş əsnasında deportasiyadan əziyyət çəkmiş soydaşlarımızın ailələrinə layihənin ideya mövzusunu əks etdirən, XIX – XX  əsrlər dövrünün tarixi məqamlarının şəkillərdə əks olunduğu kitabçalar paylanılıb. Görüşlərdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak edib.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.