Qədim Amerika şəhərinin yoxa çıxmasının sirri nəhayət açıldı

Cahokia, müasir Sent-Luis ərazisində yerləşən və 50.000-dən çox insanın yaşadığı Kolumbdan əvvəlki bir şəhərdir.

QHT.az xəbər verir ki, əvvəllər alimlər düşünürdülər ki, şəhər iqlim dəyişikliyi və uzun sürən quraqlıq səbəbindən tərk edilib. Lakin Sent-Luisdəki Vaşinqton Universitetinin tədqiqatçıları aşkar ediblər ki, sakinlər iqlim dəyişikliyinə davamlı olub və şəhərin tərk edilməsi tədricən baş verib.

Araşdırma göstərir ki, Cahokia sakinləri müxtəlif qida mənbələrinə uyğunlaşıb və ehtimal ki, şəhəri tərk etmək üçün başqa səbəblər olub. Alimlər deyirlər ki, qədim şəhərin tərk edilməsi mərhələli proses olub. "Minlərlə insanın qəfildən şəhərdən qaçacağı səhnəni təsəvvür edə bilmirəm. İnsanlar yəqin ki, sadəcə qohumlarına daha yaxın olmaq və ya başqa imkanlar tapmaq üçün yayılıblar", - alim Mueller deyib.

 

Pərvanə Fərhadqızı