Samuxda Bələdiyyə üzvlərinin iştirakı ilə yekun tədbir baş tutdu - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" layihəsinin icrası davam edir.
QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uyğun 08.08.2024- cü il tarixdə Samux rayon Mərkəzi Kitabxanada Samux rayonundan olan qadın Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu. Tədbirdə qadın Bələdiyyə üzvlərinə "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzusunda 2 hissədən ibarət təlim keçirildi. Təlimdə layihələrin yazılışı, çərçivə sənədinin (logframe) hazırlanması büdcə əsaslanması kimi mövzulara toxunuldu. Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi. Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olundu.
Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur.