Mingəçevirdə ailə daxili mübahisələrin həllində mediasiya xidmətlərinin rolu müzakirə edildi - FOTOLAR
Mingəçevir 1 saylı Mediasiya Təşkilatında, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının icrası çərçivəsində ailə daxili mübahisələrin həllində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi mövzusunda dəyirmi masa təşkil olundu.
QHT.az xəbər verir ki, tədbir 6 avqust 2024-cü il tarixində keçirildi və Mingəçevir Şəhər İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri və Qəyyumluq və Himayə Komissiyasının sədri Mahir Əliyev ilə şəhərin mediatorları arasında səmərəli müzakirələr aparıldı.
Qeyd edək ki, görüş zamanı ailə mübahisələrinin həllində mediasiya xidmətlərinin əhəmiyyəti vurğulandı və bu sahədə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirildi.
Pərvanə Fərhadqızı
QHT.az