"Araz" Heyvandarlıq Südçülük İctimai Birliyi layihə çərçivəsində seminarlar keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Araz" Heyvandarlıq Südçülük İctimai Birliyi tərəfindən həyata keçirilən “Mil-Muğan iqtisadi rayonlarında kooperativ təsərrüfatının yaradılmasına dəstək” layihəsi çərçivəsində 6-8 avqust 2024-cü il tarixlərində Beyləqan rayonunun Əlinəzərli, Kəbirli və Təzəkənd kəndlərində seminar xarakterli tədbirlər təşkil olundu.
QHT.az xəbər verir ki, tədbirdə layihə rəhbəri N. Əliyev çıxış edərək, layihənin məqsədləri və gözlənilən nəticələri barədə məlumat verdi. Daha sonra nümayəndələr, bələdiyyələr və layihənin eksperti A. Quliyev seminarlar keçirdilər. Onlar kooperativ təsərrüfatlarının yaradılmasının əhəmiyyətindən danışaraq, kənd təsərrüfatı sahəsində bitkiçilik və heyvandarlıq üzrə mütəxəssislərlə əməkdaşlıq etmənin zəruriliyini vurğuladılar.
Seminarlarda təsərrüfatlarda məhsul istehsalının artırılması üçün yeni bitki və heyvan sortlarının əldə edilməsi, aqrar sığortanın tətbiqi, suvarma problemlərinin həlli kimi mövzular müzakirə olundu. Həmçinin, könüllü kooperasiyaların yaradılması və kooperativ təsərrüfatlarının hüquqi aspektləri haqqında məlumat verildi. Fermerlər və torpaq mülkiyyətçiləri seminarların faydalı və maarifləndirici olduğunu bildirdilər.
İctimai birlik tədbirlərə dəstək verən dövlət qurumlarına və Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü ifadə etdi.