QHT-lər arasında bağlanmış Memoranduma əsasən daha on ailəyə dəstək göstərilib - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Ümid Yolu Xeyriyyə İctimai Birliyi arasında bağlanmış Memoranduma əsasən sosial rifahın yaxşılaşmasına dəstək fəaliyyətləri təşkilatların birgə əməkdaşlığı ilə davam etdirilir.

QHT.az xəbər verir ki, avqustun 7-də Neftçala rayonunda Ümid Yolu Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə daha on həssas qrupdan olan ailəyə ərzaq yardımı çatdırılıb. QHT nümayəndələri ailələrə yardım etməklə bərabər onların məişət şəraiti ilə tanış olub, problemləri ilə maraqlanıb.

Qeyd edək ki, ailələrin xidmətlərə əlçatanlığını təmin etmək üçün əhalinin sosial rifahına istiqamətlənən Dövlət dəstəyi barədə məlumatlandırma aparılıb. Həmçinin 3 (üç) ailədə ailə üzvlərinin problemlərinin həlli üçün təşkilatların imkanları çərçivəsində müvafiq addımlar atılıb.