QHT liderləri Parlament seçkilərində - Pərvanə Vəliyeva

YAP 35 saylı Xətai üçüncü Seçki Dairəsindən “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyevanın namizədliyini irəli sürüb.

QHT.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva, 2007-ci ildə qəbul imtahanında 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecment ixtisası üzrə təhsil alıb.

Hazırda Pərvanə Vəliyeva "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktorudur. O, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının və Vərəm Əleyhinə Avropa Koalisiyasının üzvü, Milli Vərəm Əleyhinə QHT Koalisiyasının katibi, həmçinin İcbari Tibbi Sığorta haqqında maarifləndirmə layihəsinin rəhbəri olub.

Eyni zamanda, Pərvanə Vəliyeva COP-29 Təşkilat Komitəsinin üzvüdür.

Pərvanə Vəliyeva Bakı şəhərində anadan olub və əslən Vedibasar mahalındandır.