“Beynəlxalq Əlillər Cəmiyyəti”nin əməkdaşları Zaqatalada olublar
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edir.
QHT.az xəbər verir ki, layihənin Zaqatala rayonunda icrası nəzərdə tutulmasa da, imtiyazlı şəxslərin müraciəti əsasında layihə rəhbəri Tahir Xudiyev və layihədə könüllü kimi iştirak edən BƏC İB-in üzvü, 2-ci qrup əlil Sabir Musayev Zaqatala rayonunda olmuş, şəhid ailələrinin istəyi ilə aidiyyəti yerlərə baxış keçirmiş və çəkilişlər aparmış, Zaqatala rayonunda olan hər iki Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qonaqpərvərliyi, ləzzətli meyvələri ilə məşhur olan Zaqatalanın çox yüksək keyfiyyətli qara çayı da var imiş. Əməkdaşlarımız “Zaqatala Çay” MMC-də də olmuş, çayın yığılması, süfrələrimizə gəlib çıxanadək mərhələli istehsal prossesi ilə tanış olmuş, çayçılara uğurlar arzulayıblar. Onu da qeyd edək ki, “Zaqatala Çay” MMC-nin rəhbəri Pərviz Şabanov da əməkdaşlarımızla birgə hər iki Şəhidlər Xiyabanını ziyarət edib.
BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyev onu da söylədi ki, layihə uğurla davam edir. Layihə çərçivəsində nəzərdə tutulan növbəti “Biz sizinləyik” adlı maarifləndirici televiziya verilişi 16 avqust tarixində saat 11.00-da “Dünya” TV ilə canlı yayımlanacaqdır.