Deputat Vüqar Bayramov öz seçki kampaniyasına başladığını elan etdi

Deputat Vüqar Bayramov Seçki gününə qədər olan 20 günlük müddətdə seçicilərlə görüşlər təşkil edəcək və qanunvericiliyin imkan verdiyi vasitələrlə təbliğat- təşviqat tədbirləri həyata keçirəcək.

QHT.az xəbər verir ki, VI çağırış Milli Məclisin fəaliyyətində seçicilərinin etimadını doğruldaraq onların çətinliklərini həll etməyə çalışdığını vurğulayan deputat bu müddət ərzində 4898 müraciət aldığını, 2034 deputat sorğusu göndərdiyini qeyd etdi.

Bütün rəqiblərinə uğurlar arzulayan Vüqar Bayramov, seçicilərlə qarşılıqlı əlaqəni davam etdirəcəyini bildirdi.