Deputat Böyük Bəhmənli kəndində seçicilərlə görüşüb - FOTOLAR
Deputat Vüqar Bayramov Böyük Bəhmənli kəndində seçicilərlə görüş keçirib.
QHT.az xəbər verir ki, görüşdə 250-dən çox sakin iştirak edib. Bayramov çıxışında son Milli Məclis seçkilərindən sonra Füzuli şəhəri və ətraf kəndlərinin azad olunmasından, eləcə də bu ərazilərin yenidən qurulmasından danışıb. Deputat, seçici müraciətlərinə əsasən dövlət qurumlarına 2034 deputat sorğusu göndərildiyini və şəhid ailələri, qazilərin sosial təminatına xüsusi diqqət yetirildiyini vurğulayıb. O, yenidən seçildiyi təqdirdə iqtisadi-sosial qanunvericiliyin təkmilləşdirilməsi və seçicilərlə aylıq görüşlərin davam etdiriləcəyini bildirib.