“Miqrantların psixoloji adaptasiyasına dəstək” layihəsi davam edir
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə dəstəyi ilə “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi “Miqrantların psixoloji adaptasiyasına dəstək” layihəsini icra edir.
QHT.az xəbər verir ki, bu layihənin məqsədi Azərbaycan Respublikasında Bakı şəhərində məskunlaşmış miqrantların psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. Bu layihə çərçivəsində əsas diqqət Bakı şəhərində uzun müddətə məskunlaşan əcnəbilərlə sorğuların keçirilməsinə və həmin şəxslərlə Azərbaycan mentalitetinin və etnik psixoloji xüsusiyyətlərinin özəllikləri mövzusunda məlumatlandırma işinin aparılmasına yetirilir.
Bunun üçün 50 nəfər mqrantla keçirilən sorğu nəticəsində psixoloji dəstəyə daha çox ehtiyacı olan 30 nəfər seçilib və bu şəxslərlə fərdi psixoloji məsləhətlərin verilməsinə başlanılıb və onlara psixoloji yardımlar göstərilir. Qrup terapiyaları və fərdi məsləhətlər formatında təşkil olunan psixoloji dəstək proqramları tamamlandıqdan sonra gözlənilir ki, psixososial reabilitasiya tədbirlərində iştirak edəcək bu şəxslərin sonradan Azərbaycan cəmiyyətinə inteqrasiyası daha rahat və effektiv keçəcəkdir.
Layihə çərçivəsində miqrantlarla əlaqədar təşkil edilən bütün fəaliyyətlər Dövlət Miqrasiya Xidmətinin aidiyyəti struktur bölmələri ilə əlaqələndirilərək icra olunur. Bu layihədə iştirak etmək istəyən Bakı şəhərində məskunlaşmış miqrantlar və onların uşaqları müraciət edə bilərlər.