16 sayli Yasamal ikinci seçki dairəsindən iddialı namizəd - Gülpəri Bayramova
16 sayli Yasamal ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alinan gənc xanım Gülpəri Bayramova öz sosial şəbəkə hesabında seçki platforması ilə bağlı bəzi məqamları paylaşıb.
QHT.az paylaşımı təqdim edir:
Gülpəri Bayramova – 29 yaşım var. Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisiyəm. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu qadın sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər yüksək rütbəli məmurlar iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.
Hədəflərimiz:
- Yasamal Təhsil Fondu (aztəminatlı ailələrin ödənişli təhsil haqlarına yardım)
- Yasamal Karyera Mərkəzi (Özünüinkişaf layihələri, müxtəlif platfortma və təsisatlarda təmsilçilik)
- Yasamal Xeyriyyə Fondu (Qarşılıqı yardımlaşma, sosial dəstək, xeyriyyə layihələri və aksiyaları)
- “Təbiəti qoruyaq” layihəsi çərçivəsində Yasamal ərazisində abadlaşdırma, ətraf mühitin qorunması.
Platforma:
Millət vəkili seçilərəmsə, əsas fəaliyyət istiqamətlərim:
- Seçicilərimin hüquqlarını daim müdafiə edəcək, qanunvericilik bazasının onların mənafeyinə uyğunlaşdırılmasını təmin etməyə çalışacaq;
- Azərbaycan Parlamentində və dövlət qurumlarında seçicilərimin lobbiçiliyini həyata keçirəcək;
- Dairənin ərazisindəki kommunal, ekoloji şərait və ətraf mühitin qorunması problemlərinin aradan qaldırılmasına nail olacaq,
- Əhalinin məşğulluq imkanlarının artırılmasına, gənclərin kareyra yüksəlişi və aztəminatlı ailələrin övladlarının təhsil haqlarına yardım edilməsi layihələrini təşkil edəcəyəm.