QHT “Yurd həsrəti” layihəsi ilə bağlı çəkilişləri yekunlaşdırıb - FOTOLAR
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin “Yurd həsrəti” layihəsi ilə bağlı çəkilişlər başa çatıb. Kəlbəcərin Almalıq və Zar kəndlərində sakinlərlə söhbətlər aparılıb, onların 30 ildən sonra yurdlarına qovuşduqları diqqətə çəkilib.
İctimai Birliyin sədri Bəsti Nəsibovanın sözlərinə görə, video materilada Kəlbəcərin işğalı vaxtı sakinlərinin, daha doğrusu keçmiş məcburi köçkünlərin yurdları ilə bağlı gördükləri yuxularla bağlı xatirələri də lentə alınıb. Sakinlər ən çox da çin çıxan yuxularından danışıblar. O yuxular ki, indi onun reallığını yaşayırlar.
Ümumiyyətlə, “Yurd həsrəti” layihənin məqsədi Qarabağ münaqişəsi nəticəsində 30 ilə yaxın bir müddətdə sosial-psixoloji problemlərlə üzləşən, lakin bir gün belə ruhdan düşməyən və yurduna dönəcəyi ümidi ilə yaşayan insanların həyat hekayələrinin hazırlanmasıdır. Bu həyat hekayələrinin hər biri uğurlu sonluqla başa çatıb.
“Gələcəyə Baxış” Avropaya İB-nin bu ilin iyul ayının 1-dən sentyabrın 30-a kimi davam edəcək “Yurd Həsrəti” layihəsinə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstrir.