“Mil-Muğan iqtisadi rayonlarında kooperativ təsərrüfatının yaradılmasına dəstək" layihənin yekun tədbiri keçirilib - FOTOLAR

Azərbaycan  Respublikasının Qeyri - Hökümət Təşkilatlara Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə "Araz" Heyvandarlıq Südçülük  İctimai  birliyi tərəfindən həyata keçirilən “Mil-Muğan iqtisadi rayonlarında kooperativ təsərrüfatının yaradılmasına dəstək" layihəsi çərçivəsində 09.08.2024-cü il tarixdə Beyləqan rayon DAİM -in ofsində yekun tədbiri keçirilib.

QHT.az xəbər verir ki, layihə rəhbəri N.Əliyev, layihənin Eksperti A.Quliyev çıxış edırək layihə haqqında məlumat verərək sonra kəndlərdə keçirilən tədbirlərdə fermerlərin təsərrüfatlarında yaranan problemləri və məhsul istehsalı zamanı sent-lərin  aşağı düşməsi müzakirə olundu. Müzakirə nəticəsində yeni növ bitki, heyvan sortlarının əldə edilməsi, aqrar sığorta tətbiqlərinin zəif olması, Suvarma problemlərinin aradan qaldırılması məqsədilə problemlər qeyd olunub

Bu kimi problemləri aradan qaldırmaq üçün könüllü olaraq kooperasiyaların yaradılması, kooperativ təsərrüfatın hüquqi qurum kimi problemin həllinnə öz müsbət təsirini göstərəcəyi vurğulandı. ”Araz” HSİB-in layihə rəhbəri, layihənin Eksperti fermerlərin təsərrüfatatlrında yaranan bəzi problemləri müzakirə edərək KTN-nə təkliflər paketnin göndərilmısi tövsiyə olundu. Suallar cavablandırıldı, tədbir iştirakçıkar tərəfindən bəyənildi.

İctimai Birliyin rəhbəri, əməkdaşları  QHT-lərə Dövlət Dəstəyi Agentliynə tədbirdə iştirak edən iştirakçılara öz dərin təşəkkürlərini bildirdilər.