Layihənin icrası Şabran rayonunda davam etdirilib - FOTOLAR

Şabran rayonunda Qərbi Azərbaycanlı soydaşlarımızın ən sıx məskunlaşdığı Kilvar kəndində layihə ilə bağlı görüşlər davam etdirilib.

QHT.az xəbər verir ki, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza  qayıdış  imkanlarının təbliği” layihəsinin icrasını Şabran rayonunun ucqar dağ kəndi olan Kilvar kəndində davam etdirib.

Layihənin rəhbəri Gülsənəm Əmrahova saytımıza məlumat verərək bildrimişdir ki,  2  avqust  2024-cü il tarixdə Şabran rayonu, Kilvar kəndinin  ərazisində ötən əsrin 80-ci illərinin sonlarında mənfur ermənilər tərəfindən əzəli Qərbi Azərbaycandan deportasiya olunaraq 36 ildən artıq bir müddətdə məskunlaşaraq orada yaşayan Vəliyev Ziyəddin İmam oğlunun, Əhmədov İsmayıl Daşdəmir oğlunun, Vəliyeva Punan Xançoban qızının, Ələkbərov Fərman İsa oğlunun, Quliyev Əlqəmə Şükür oğlunun, Yusifov Möhvəddin Nəbi oğlunun və Əhmədov Sərdar Əvəz oğlunun yaşadıqları  ünvanlarda  ailələri ilə  görüşlər keçirilib.

Görüş iştirakçıları layihənin həyata keçirilməsini məmnunluq hissi ilə qarşılamış, Qərbi azərbaycanlı soydaşlarımızın  sahib olduqları milli-mənəvi dəyərlərinə, qədim tarixi torpaqlarına, vaxtı ilə itirdikləri yurd yerlərinə qayıdışa çağırış onlarda ruh yüksəkliyi  yaradıb. Həmçinin qeyd olunub ki, qədim dövlərdən müasir zamanımıza qədər Azərbaycan dövlətlərinin cöğrafi əraziləri daxilində olan Qərbi Azərbaycan tarixən vətənimizin  tərkib  hissəsi olub. Dövlətimizin Cənubi Qafqazda və bütövlükdə regionda əsas söz sahibinə çevrilməsi onu deməyə əsas verir ki, Qərbi azərbaycana qayıdış reallığı gözlənilən bir tarixi məqam olacaqdır. Qərbi azərbaycan torpaqlarına qayıdışla bağlı məsələlərin müzakirəsi regionlarda məskunlaşmış deportasiya qurbanları üçün arzu ediləndir.      

İşirakçılar  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və ictimai birliyə  razılıqlarını ifadə ediblər.                  

Görüş əsnasında deportasiyadan əziyyət çəkmiş soydaşlarımızın ailələrinə  layihənin ideya mövzusunu əks etdirən, son 200 illik  dövrün  tarixi məqamlarının   şəkillərdə əks olunduğu   kitabçalar paylanılıb.

Görüşlərdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak ediblər. Layihənin donoru  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.