“Dayanıqlı təsərrüfat və ətraf mühitin mühafizəsi” adlı layihə həyata keçirilir - FOTOLAR
“Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” Ictimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayanıqlı təsərrüfat və ətraf mühitin mühafizəsi” adlı layihə həyata keçirilir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində, İctimai Birlik 31 iyul 2024-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində təlim keçirmişdir. Təlimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi, yerli sahibkarlar, təsərrüfat rəhbərləri, bələdiyyə nümayəndələri və təhsil işçiləri iştirak ediblər. Təlimin məqsədi iştirakçıları dayanıqlı inkişaf məqsədləri, davamlı kənd təsərrüfatının əsas prinsipləri, ətraf mühitə təsirlər və onların minimuma endirılməsi ilə bağlı məlumatlandırmaq idi.
Layihə komandası və yerli rəsmilər şəhidlərin abidəsini ziyarət edərək önünə çiçək qoymuş, daha sonra onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə təlimçi və ekspert “Ətraf mühitin mühafizəsi” və “Dayanıqlı İnkişaf Məqsədləri, dayanıqlı təsərrüfat və sahibkarların rolu” mövzularında çıxış etmişlər. Onlar təbii resurslardan səmərəli istifadənin vacibliyi, ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər və bu sahədə vətəndaş məsuliyyəti, Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycanın qoğulduğu beynəlxalq sənədlər, iqlim dəyişikliyi və Bakıda keçiriləcək COP 29 Konfransı barədə məlumat veriblər.
Rəsmi çıxışlardan sonra mövzuya dair müzakirə aparılıb. Müzakirə zamanı əsasən iqlim dəyişikliyinın kənd təsərrüfatına təsiri, torpağın və su hövzələrinin çirkləndirilməsi, meşələrin qırılması və s. problemlərə diqqət yetirilib. İştirakçılar ətraf mühitin mühafizəsi sahəsində inzibati ərazi vahidində həyata keçirilən tədbirlər, o cümlədən məktəb və bağçalarda uşaqlar üçün ekoloji maarıfləndirmə, ağacların əkilməsi və yeni bağların salınması, ərazidə mütamadi olaraq təmizlik işlərinin aparılması və s. tədbirlər barədə danışıblar.