“Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində Tərtər rayonunda tədbir keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində 06.08.2024- cü il tarixində Tərtər rayonunda Peşə məktəbində tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri , layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri Telman Dadaşov,Tərtər şəhərindən, Cəmilli, Evoğlu, Sarov, Buruc, Qaradağlı kəndlərindən və Keçmiş məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədən valideynlər və himayədarlar iştirak etdilər.
Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, erkən yaşlarda körpə ilə nəzakətlə ünsiyyət qurmaq,birlikdə kitab oxumaq ,mahnı zümzümə etmək valideyn - uşaq münasibətlərini möhkəmləndirir və körpənin sevgi ilə əhatə olunmasını təmin edir. Əlverişsiz uşaqlıq təcrübələri həyat boyu insanın sağlamlığında və sosial mühitdə özünü büruzə verir. Uşaqların ətrafında sevgi və qayğı dolu mühit yaratmaq onların daha sağlam yaşamasına və inkişafına səbəb ola bilər. Böyüklərin uşaqlara kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.Uşaqlara şəxsiyyət kimi baxmaq lazımdır.
Sonra Ş.Əliyeva, Y.Mehdiyeva, M.Məhərrəmova, Ə.Məmmədova və V.Məmmədli çıxış edərək mövzu ilə ilə bağlı fikirlərini bildirdilər. Sonra mövzu ətrafında müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilir.
Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş.Dadaşova tədbirin təşkilində dəstəyinə görə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Cənab Müstəqim Məmmədova, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Rəqsanə xanım Quliyevaya təşəkkür etdi Tədbirdə 22 nəfər iştirak etdi.
Sonda xatirə şəkili çəkildi.