QHT liderləri Parlament seçkilərində - Vüsalə Sadıqova 

1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.

QHT.az-ın araşdırmalarına görə, 81 saylı İmişli seçki dairəsi üzrə İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) da namizədliyini iriəli sürüb. Sadıqova Vüsalə Qələndər qızı 01 aprel 1986-cı ildə Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olub. 1994-2005-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirib. 2005-ci ildə Bakı Sənaye Pedaqoji Kollecinə qəbul olub və 2009-cu ildə İngilis dili müəllimi ixtisasını fərqlənmə diplomu ilə başa vurub. Vüsalə Sadıqova bir neçə qəzet və jurnallarda dizayner, xəbər saytlarında admin-redaktor kimi fəaliyyət göstərib. Daha sonra Zirvə Kurslarında Nəşriyyat müdiri və United Center mərkəzində İcraçı direktor vəzifələrində çalışıb. 2017-ci ildən etibarən təşkilatçı kimi fəaliyyət göstərir və 2021-ci ildən İstedadları Tanıyaq və Tanıdaq İB-nin sədri vəzifəsini icra edir. Ailəlidir və üç övladı var.

Vüsalə Sadıqova seçicilərini "Sabahımıza bu gün səs verək!" şüarı ilə dəstəkləməyə çağırır və onların səsini qazanmaktan qürur duyacağını bildirir. O, hələ uşaq vaxtlarından millət vəkillərini ideal olaraq görmüş və onlardan ilham almışdır. Sadıqova öz platformasında aşağıdakı istiqamətlərdə fəaliyyət göstərməyi hədəfləyir:

1. Rayonların İnkişafı və Əhalinin Problemlərinin Həlli

  • Layihələr və Təkliflər: İmişli rayonu daxil olmaqla fərqli rayonlarda yeni layihələrlə əhalinin problem və qayğılarını yerindəcə həll etmək.
  • Uşaq və Gənclərin Sağlamlığı: Uşaq və gənclərin sağlam və xoşbəxt böyüməsi üçün gözəl işlər görmək.
  • Cəmiyyətə Faydalar: Hər zaman cəmiyyətə faydalı işlər görmək və dövlətə layiqli vətəndaş olmaq.

2. Seçicilərin Dəstəklənməsi

  • Əhali ilə Görüşlər: Müxtəlif rayonlarda insanlarla görüşərək onların problem və qayğıları ilə maraqlanmaq və mümkün dəstək göstərmək.
  • Milli Məclis Fəaliyyəti: Xalqın problemlərini həll etməyə yönəlmiş fəaliyyətlər göstərərək, dövlətə və millətə layiqli vətəndaş olmağı davam etdirmək.

Vüsalə Sadıqova, doğma saydığı İmişli rayonunda sakinlərlə əl-ələ verərək çox gözəl işlər görə biləcəyinə inandığını bildirir və insanlıq vəzifəsinin hər zaman üstün tutulmalı olduğunu vurğulayır.