100 - dən çox məhkuma hüquqi yardım göstərilib - FOTOLAR
“Konstitusiya” Araşdırmalar Fondun həyata keçirdiyi layihə çəçivəsində 101 məhkuma ödənişsiz hüquqi yardım alıb və 194 məhkum əfvetmə, amnsistiya və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib.
QHT.az xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsinin icrasını davam etdirir. Belə ki, Əliməmməd Nuriyevin rəhbərliyi altında layihə heyəti cari ilin 3 iyul tarixində Şəki qarışıq tipli cəzaçəkmə müəssisəsində, 4 iyul tarixində Gəncə istintaq təcridxanasında, 8 İyul tarixində Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində, 7 avqust tarixində 1 saylı və 8 avqust tarixində saylı cəzaçəkmə müəssisəsində 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq səfərləri təşkil edilib.
Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən, müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Monitorinq zamanı məhkumlara vəkillər kollegiyasının üzvləri Hafiz Həsənov və Əlibaba Rzayev tərəfindən peşəkər hüquqi yardım göstərilmişdir. Ümumilikdə 101 məhkuma hüquqi yardım göstərilib.
Layihənin digər eksperti Mirəli Hüseynov səfərlər zamanı məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə bağlı qanunvericilik mövzularında maarifləndirmiş və məhkumların suallarını cavablandırmışdır. Seminarlarda ümümilikdə 194 nəfər iştirak etmişdir. Iki min məhkuma layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.
Monitorinq səfərləri avqust və sentyabr aylarında davam etdiriləcək. Sonda cəzaçəkmə müəssisələrində mövcud vəziyyət ilə bağlı hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.