Fazil Mustafa ATƏT-in Müşahidə missiyasının üzvləri ilə görüşüb - FOTOLAR

Böyük Quruluş Partiyasının sədri, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə missiyasının rəhbəri Ditmir Buşati, missiya üzvləri Neomi Arçidiakono və Elissavet Karagiannidou ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə F.Mustafa seçki təbliğat və təşviqat kampaniyasının gedişatı ilə bağlı qonaqları məlumatlandırıb.

Qeyd edib ki, Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçirilməsi ilə bağlı proses həm dövlət strukturları, həm siyasi partiyalar, həm vətəndaş cəmiyyəti institutları və media səfərbər olub.

O daha sonra vurğulayıb ki, ölkədə bütün seçkilərdə seçici aktivliyi müşahidə olunur.

Sonda F.Mustafa missiya üzvlərinin suallarını cavablandırıb.