İmişlidə QHT sədrinin seçki təbliğat görüşü keçirilib - FOTOLAR

12 avqust 2024-cü il tarixində İmişli rayonunun Sarıxanlı kəndində keçirilən seçki təbliğat görüşü böyük marağa səbəb olub. 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizəd Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumova, seçicilərlə bir araya gələrək onların problemlərini dinləmiş və suallarını cavablandırıb.

QHT.az xəbər verir ki, görüşdə, kənd sakinləri əsas problem olaraq kənddəki yolların asfalt örtüyünün olmamasını qaldırıblar. QHT sədri bu məsələ ilə bağlı kənd sakinlərinə istiqamət verərək, problemlərin həlli yollarını müzakirə edib. Görüş zamanı Yasəmən Qəyyumovanın vəkilləri, namizədin məqsəd və gələcək planları barədə ətraflı məlumat veriblər. Kənd camaatı, Yasəmən xanımın işgüzar fəaliyyətlərindən xəbərdar olaraq onu böyük hörmət və etiramla qarşılayıblar.

Görüşdən sonra Yasəmən Qəyyumova şəhid Alik Musayevin valideynlərini və ev muzeyini ziyarət edib. Bu addım, namizədin bölgənin sosial məsələlərinə olan həssaslığını və şəhid ailələrinə olan diqqətini bir daha təsdiqləyib.